May ayının 26-29-da Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalını işıqlandırmaq üçün paytaxtımıza dünyanın bir çox ölkələrindən tanınmış media qurumlarının nümayəndələri gəlmişdilər. Onların arasında Türkiyədə yenicə yaradılan “GDH Digital” Xəbər Agentliyi də yer alıb.
Bizim.Media xəbər verir ki, Agentliyin çəkiliş qrupu Bakıda olarkən Rus Pravoslav Kilsəsində olub və Yepiskop Aleksi Arşimandritdən geniş müsabibə alıb.
Bununla bağlı görüntülər Agentliyin Youtube kanalında yerləşdirilib. Yepiskop müsahibəsi zamanı Türkiyə və Azərbaycan haqqında bir sıra açıqlamalar verib.
O, Selçuk Bayraktarın Azərbaycan Ordusuna verdiyi töhfələrdən söz açıb. Yepiskop, həmçinin Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən fikirlər də səsləndirib.
Xatırladaq ki, Bizim.Media xəbər portalı Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Memorandum imzaladı
Məqsəd əməkdaşlığın müntəzəm informasiya mübadiləsi üzərində qurulması, gələcəkdə birgə media körpüsü yaradılması, eləcə də Azərbaycan və Türkiyə xalqlarının tarixi, mədəniyyəti haqqında birgə filmlər istehsal etməkdir.
Ətraflı videoda:
Bizim.Media