10 min İŞİD-çi öldürülüb

Hazırda oxunan: 10 min İŞİD-çi öldürülüb

80206
Beynəlxalq koalisiya qüvvələrinin ötən ilin sentyabrından İraq və Suriyada İraq Şam İslam Dövləti (İŞİD) silahlılarına qarşı hərbi kampaniyaya start veriləndən indiyədək 10 mindən çox silahlı öldürülüb.

aspress-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin müavini Antoni Blinken açıqlama verib.

O, silahlılar ilə döyüşdə böyük uğur qazanıldığını bildirib: "İŞİD hələ də təşəbbüsü əlinə almaq və saxlamaq imkanına malikdir. 

İraqın baş naziri Haydar əl Abadi bu həftə Parisdə keçirilən beynəlxalq konfransda koalisiya qüvvələrini silahlılarla mübarizədə İraq ordusuna lazımınca dəstək göstərməməkdə günahlandırıb.

Xatırladaq ki, İŞİD ötən ay İraqın Ramadi şəhərini ələ keçirib. Hazırda İraq və Suriyanın bir sıra əyalətləri bu silahlı qruplaşmanın nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin