İspaniyada son 50 ilin ən güclü çovğunu Madriddə 481 aviareysi təxirə salıb.
Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, güclü qarla müşaiət olunan küləkli hava şəraiti Madrid hava limanında dünən 381, bu gün isə 100 uçuşu təxirə salıb.
Hətta dünən İtaliya çempionatının oyunlarına baxmaq istəyən "Real Madrid" futbolçuları da Madriddə qalmalı olublar.
Qeyd edək ki, çovğuna görə ölənlərin sayı 4-ə çatıb.
Bizim.Media