Ukrayna ordusu Krımda yerləşən “Çernomornefteqaz” şirkətinin qazma platformalarına üç zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Krımın rəhbəri Sergey Aksyonov “Rossiya 24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hadisə bazar ertəsi səhər baş verib.
Krım rəhbəri bildirib ki, Qara dənizdə yerləşən platformalarda 109 nəfər olub. Onlardan 21-i təxliyə edilib:
“Ən güclü zərbə birinci qplatformaya dəyib. Orada 12 nəfər olub, onlardan 5-i yaralanıb, qalanların axtarışları davam etdirilir. Daha sonra iki platforma vurulub. Amma orada zərərçəkənlər olmayıb. İşçiləri evakuasiya edirlər. Yaralılar helikopterlərlə birinci platformadan çıxarılıb”.
Bundan əlavə, Aksyonov yarımadanın qaz təchizatının müntəzəm rejimi barədə də danışıb. O, qaz təchizatında heç bir riskin olmadığını deyib.
“Rusiya prezidentinin göstərişi ilə biz materikdən qaz kəməri çəkmişik. Əgər indi fövqəladə rejimdə nasosu dayandırsaq, o zaman materikdən yenə tədarük ediləcək”, - deyə Aksyonov izah edib.
O, hesab edir ki, yarımadada kifayət qədər hava hücumundan müdafiə sistemləri var: “Bölgənin bütün quru hissəsi, o cümlədən Krım körpüsü qorunur”.
Bu gün səhər saatlarında Krım senatoru Olqa Kovitidi bildirib ki, platformalara edilən zərbələrdən sonra iki nəfərə ağır yanıq diaqnozu qoyulub: “Onların birində ağır qəlpə yarası var”.
Xatırladaq ki, "Çernomornefteqaz" dövlət şirkəti Qara dənizin şelfində və Azov dənizinin sularında, habelə Krım yarımadasının quru hissəsində karbohidrogen yataqlarını istismar edir, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olur, təbii qazın və neft məhsullarının hasilatını, daşınmasını və saxlanmasını təmin edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 20.06.2022
Ukrayna ordusu Krıma ZƏRBƏLƏR endirir
Hazırda oxunan: Ukrayna ordusu Krıma ZƏRBƏLƏR endirir
Hazırda oxunan: Ukrayna ordusu Krıma ZƏRBƏLƏR endirir
80128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.