Bu ölkədə solçu senator prezident seçildi

Hazırda oxunan: Bu ölkədə solçu senator prezident seçildi

80009

Kolumbiyada ilk dəfə solçu senator Qustavo Petro prezident seçilib.

Bizim.Media xəbər verir ki, iyunun 19-da Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilib. Ölkə solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim etdi.

50,69 faiz səslə Qustavo Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub. Rodolfo Hernandes seçicilərin 47,04 faizinin səsini toplayıb.
Solçu Tarixi Pakt koalisiyasının namizədi mühafizəkar elitanın idarə etdiyi ölkəyə rəhbərlik etmək üçün üçüncü dəfədir ki, namizədliyini irəli sürdü. Kolumbiyalıların dəyişiklik istəyinin daha güclü olması nəticəsində ölkə yeni siyasi dövrə qədəm qoyur.

Kolumbiyanın paytaxtı Boqotanın keçmiş meri, iqtisadçı, senator, 62 yaşlı Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq. Qustavo Petronun seçki kampaniyasının əsas tezisləri ABŞ ilə azad ticarət sazişinin şərtlərinə yenidən baxılması, ekoloji cəhətdən daha təmiz enerji mənbələrinə keçidlə neft və kömürdən istifadənin azaldılması, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlar üçün vergi endirimləri, pulsuz ali təhsil, qadınların, yerli xalqların hüquqlarının müdafiəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin