Sərnişin təyyarəsinin mühərriki havaya qalxandan sonra alışdı

Hazırda oxunan: Sərnişin təyyarəsinin mühərriki havaya qalxandan sonra alışdı

79999

Hindistanda göyərtəsində 185 sərnişin olan “Boeing B737-800” tipli təyyarə Patna şəhərindəki aeroportdan havaya qalxdıqdan dərhal sonra sol mühərrik alışaraq yanmağa başlayıb.

Bizim.Media Hindistan mediasına istinadla xəbər verir ki, Dehliyə uçmalı olan təyyarənin pilotları yanğın olan mühərriki söndürərək, qəza enişinə qərar veriblər.

“SpiceJet” aviaşirkətinə məxsus təyyarə təhlükəsiz eniş edib və sərnişinlərdən heç biri xəsarət almayıb.

Şirkətin açıqlamasında deyilir ki, yanğına mühərrikin pərinə quş çırpılması səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin