Türkiyə xüsusi xidmət orqanları İraqda PKK liderini zərərsizləşdirdi

Hazırda oxunan: Türkiyə xüsusi xidmət orqanları İraqda PKK liderini zərərsizləşdirdi

79965

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın Süleymaniyyə vilayətində xüsusi təhlükəli PKK terrorçusu Hüseyn Şiblini (“Ferhat Derik” kod adlı) məhv edib.

Bizim.Media xəbər verir ki, Türkiyənin təhlükəsizlik mənbələri suriyalı terrorçunun bölgədən kənarda üçüncü ölkələrlə birgə İraqda yeni terror birliyi yaratmaq istədiyini bildirib.

Şibli terrorçu qruplaşmaların liderlərindən olan “Şahin Cilo” kod adı ilə tanınan və Suriyada “Qəndil administrasiyası”nda çalışan  Ferhat Abdi Şahinin yaxın adamlarından biri olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin