Stoltenberqdən Ankaraya dəstək: “Heç bir NATO ölkəsi Türkiyə qədər terrordan əziyyət çəkməyib”

Hazırda oxunan: Stoltenberqdən Ankaraya dəstək: “Heç bir NATO ölkəsi Türkiyə qədər terrordan əziyyət çəkməyib”

79919

“Finlandiya və İsveçin üzvlük təklifləri tarixi məqamdır, NATO bundan yararlanmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Bild nəşrinə müsahibəsində deyib.

“Aİ-yə qoşulmaq təkcə Finlandiya və İsveçi deyil, hamımızı gücləndirəcək. Türkiyə Avropa, Rusiya, İraq və Suriya arasında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir. NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror qruplaşması kimi tanıyır. Heç bir NATO ölkəsi Türkiyə qədər terrordan əziyyət çəkməyib”, - Stoltenberq bildirib.

NATO baş katibinin sözlərinə görə, buna görə də NATO Türkiyənin narahatlığını çox ciddi qəbul edir və bu vəziyyəti həll etmək üçün əlindən gələni edir.

Ukrayna ətrafındakı vəziyyətlə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, NATO Ukraynaya dəstəyini davam etdirəcək, “lakin münaqişənin bir hissəsi olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin