Tokayev Kadırova cavab verdi - VİDEO

Hazırda oxunan: Tokayev Kadırova cavab verdi - VİDEO

79918

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərini Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarışmamaqda ittiham edən Çeçenistan rəhbəri Ramzan Kadırova cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Obozrevatel” nəşri yayıb.

“Dövlət varsa, müttəfiq varsa, o qərar verib addımını atmalıdır. Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistanla Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Rusiyaya lazım olanda isə hamı susur. Siz sanksiyalardan qorxursunuz”, – Kadırov Tokayevi qınayıb.

MÖVZU İLƏ BAĞLI:

Kadırov KTMT üzvlərini qınadı: "Rusiyaya dəstək lazım olanda susurlar..." - VİDEO


Kasım-Jomart Tokayev qeyd edib ki, ölkəsini xilas edən Rusiya deyil, KTMT üzvləridir.

“Mən Rusiyanı deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını vurğulayıram. Rusiyada bəzi insanlar bütün bu vəziyyəti yanlış təqdim edərək deyirlər ki, Rusiya Qazaxıstanı xilas etdi və Qazaxıstan indi əbədi olaraq Rusiyanın ayaqları qarşısında əyilməlidir? Hesab edirəm ki, bunlar tamamilə əsassız arqumentlərdir”, - deyə o vurğulayıb.

Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin