Gələn həftədən etibarən ABŞ beş yaşından kiçik uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) şənbə günü "Pfizer" və "Moderna" preparatlarının istifadəsini təsdiqləyib.
"Pfizer"in üçkomponentli peyvəndi altı aydan dörd yaşa qədər olan uşaqlar üçün, "Moderna"nın ikikomponentli peyvəndi isə altı aydan beş yaşa qədər olan uşaqlar üçün istifadə CDC tərəfindən təsdiqləndikdən sonra ABŞ-da təxminən 18 milyon uşaq peyvənd ala biləcək.
Birləşmiş Ştatlarda COVID-19 pandemiyasının başlanmasından bəri beş yaşınadək təxminən 480 uşaq xəstəlikdən dünyasını dəyişib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:23 / 19.06.2022
5 yaşadək uşaqlar COVID-19 əleyhinə vaksinasiya olunacaq
Hazırda oxunan: 5 yaşadək uşaqlar COVID-19 əleyhinə vaksinasiya olunacaq
Hazırda oxunan: 5 yaşadək uşaqlar COVID-19 əleyhinə vaksinasiya olunacaq
79906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.