Çavuşoğlu Bosniya və Herseqovinada həmkarı ilə hansı məsələni müzakirə etdi? - FOTO

Hazırda oxunan: Çavuşoğlu Bosniya və Herseqovinada həmkarı ilə hansı məsələni müzakirə etdi? - FOTO

79905

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, M.Çavuşoğlu bosniya və herseqovinalı həmkarı xanım Bisera Turkoviçlə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsiclə, Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə, Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.

Görüşlərdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub, Türkiyənin Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi və sabitliyinə dəstəyinin davam edəcəyi bildirilib.

Yerli mətbuata açıqlama verən Zeljko Komsic və Şefik Caferoviç Türkiyənin xarici işlər nazirinin Bosniya və Herseqovina səfərindən məmnun olduqlarını deyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin