Sağlam qocalmaq onilliyi - BMT elanı

Hazırda oxunan: Sağlam qocalmaq onilliyi - BMT elanı

7990

Birləşmiş Millətlər Təşkilatı 2021–2030-cu illəri sağlam qocalmaq onilliyi elan edib. Yaşlı insanların, onların ailələrinin və icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin təşkilində aparıcı rol Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) həvalə olunub.

Bizim.Media ÜST-ün Avropa Regional Bürosunun saytına istinadla xəbər verir ki, onillik çərçivəsində müxtəlif maraqlı tərəflər qocalıq və qocalma ilə bağlı düşüncələrimizi, münasibətlərimizi və hərəkətlərimizi dəyişdirmək, yaşlı insanların potensialını inkişaf etdirəcək icmaların yaradılmasına kömək etmək, yaşlı insanların xüsusi ehtiyaclarını nəzərə alaraq ilkin səhiyyə xidməti də daxil olmaqla, yardımlar göstərmək, yaşlı insanların ehtiyac duyduqları uzunmüddətli qayğıdan istifadə etmələrini təmin etmək üçün səy göstərəcəklər.

COVID-19 infeksiyası riskinin bütün yaş qruplarına aid olmasına baxmayaraq, yaşlı insanlarda yaşla əlaqəli fizioloji dəyişikliklərin baş verməsi və sağlamlıq problemləri səbəbindən bu xəstəliyin ağır formada keçəcəyi ehtimalı yüksəkdir.

Səhiyyə, uzunmüddətli yardım və dəstək, sosial müdafiə, maliyyə və informasiya xidmətləri də daxil olmaqla müxtəlif sistemlərin çatışmazlıqlarını, zəif cəhətlərini əks etdirən COVID-19 pandemiyasının əsas yükü orta yaşlı və yaşlı insanların üzərinə düşür.

Sağlam qocalmaq onilliyi yaşlı insanların sağlamlığına təsir göstərən və onların ciddi xəstəliklərə həssaslığını artıran amilləri aradan qaldırmaq istiqamətində razılaşdırılmış və davamlı fəaliyyət göstərmək üçün zəmin yaradır, yaşlı insanların xüsusi ehtiyacları və həmin nəslin spesifik imkanları barədə xatırlatma rolunu oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin