Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqiredici sözlərlə hədələyən şəxs barədə məhkəmə həbs qərarı verdi. ANS PRESS-in məlumatına görə Ulusal Partiyanın sədri və “Türksolu”x9d qəzetinin redaktoru Gökçe Fırat Çulhaoğlu prezidentə qarşı hədələyici video-çarx yaydığı üçün daha əvvəl saxlanılmışdı.
Çulhaoğlu sosial şəbəkədə paylaşdığı video-çarxda Ərdoğanı asmaqla və ya dirəyə otuzdurmaqla hədələmişdi.
Şübhəli şəxs hətta iddia edir ki, Ərdoğanı cəzalandırmaq üçün referendum keçirəcəklər:
“Nə qədər çapalasanız da, özünüzü təmizə çıxarmağa çalışsanız da Tayyib əfəndi nəhayətdə asılacaq. Baxın, əlimizdə Tayyib bəyin sevdiyi yaşıl rəngdə kəndir var. Amma Tayyib bəy üçün bu kəndir də çoxdur. Xalqı referenduma çağıracağıq. Tayyib bəyi kəndirlə asaq, yoxsa dirəyə otuzduraq? 50%lik kütlə nə desə onu edəcəyik. O dirəyə layiqdir. Türk solu bu düşüncədən geriyə addım atmayacaq. Mətbuat azadlığının bu ölkədəki əsas şərti Tayyib Ərdoğandan xilas olmaqdır. Ya kəndirlə, ya da dirəklə.”x9d


































































































