Bu gün Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri Ukraynanın paytaxtına gəliblər.
Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, Volodimir Zelenski ilə görüşməzdən əvvəl onlar İrpenə baş çəkiblər.
Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus Yohannis ilə görüşü başlayıb.
Görüşdə ərzaq təhlükəsizliyi, silah və Ukraynaya dəstək məsələləri müzakirə olunacaq.
Makron İrpendə jurnalistlərə açıqlamasında Fransanın ilk gündən Ukraynanın yanında olduğunu və hər cür yardımı davam etdirəcəyini bildirib.
Bizim.Media