Rusiyada 25 yaşlı azərbaycanlı tutuldu

Hazırda oxunan: Rusiyada 25 yaşlı azərbaycanlı tutuldu

79545

25 yaşlı Nemət İlham oğlu Rəşidov 22 yaşlı kiçik çavuşu qətlə yetirməkdə ittiham edilir

Rusiyada azərbaycanlı kişi həbs edilib. Moderator.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, saxlanılan Nemət İlham oğlu Rəşidov adlı şəxs polisin qətlində şübhəli bilinir.xa0

Məlumata görə, Rəşidov bu gecə saxlanılıb. Polis onun gizləndiyi mənzili müəyyən edərək, evə xüsusi təyinatlıların köməyi ilə basqın edib.xa0

Xatırladaq ki, kiçik çavuş A.Bannov Rusiyanın paytaxtı Moskvada may ayının 27-də ödəmə terminalını soyanları yaxalamağa çalışarkən qətlə yetirilib. Ona ölümcül olan 3 bıçaq zərbəsi vurulub.xa0

Soyğunçular "Qazel" markalı maşını da hadisə yerində qoyaraq qaçıblar.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin