Bu ölkələr Türkiyənin Suriya əməliyyatına qarşı çıxır – QAZAXISTANDA GÖRÜŞ

Hazırda oxunan: Bu ölkələr Türkiyənin Suriya əməliyyatına qarşı çıxır – QAZAXISTANDA GÖRÜŞ

79481

İran, Rusiya və Türkiyə rəsmiləri Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatını müzakirə ediblər.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

İyunun 15-16-da Qazaxıstanda BMT, Suriya hökuməti və müxalifətinin nümayəndələrinin iştirakı ilə Suriyada nizamlanma üzrə “Astana” prosesinin təminatçısı ölkələrin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqlarının 18-ci raundu keçirilir.
"Məsləhətləşmələr davam edir. Dünən kifayət qədər intensiv təmaslar oldu, demək olar ki, İran və Türkiyə nümayəndə heyətləri ilə danışdıq. Təbii ki, əsas diqqət Türkiyənin Suriyada hərbi əməliyyat keçirmək niyyətinə yönəldi", - deyə o, jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Rusiya Türkiyəni problemi sülh yolu ilə həll etməyə inandırmağa çalışıb.

Lavrentyev vurğulayıb ki, hazırda tərəflər yekun bəyanatın parametrləri üzrə razılığa gəlir, həmçinin müşahidəçilər - Livan, İraq, İordaniya nümayəndələri ilə məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin ölkə sərhədlərində "antiterror əməliyyatları"na başlayacağını və bu məsələ ilə bağlı tezliklə qərar veriləcəyini bildirmişdi. KİV-in məlumatına görə, əməliyyatlar Suriyanın 4 bölgəsində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin