Medvedev: "Kim deyir ki, Ukrayna 2 ildən sonra dünya xəritəsində mövcud olacaq?”

Hazırda oxunan: Medvedev: "Kim deyir ki, Ukrayna 2 ildən sonra dünya xəritəsində mövcud olacaq?”

79356

Ukrayna "Lend-Lease" çərçivəsində mayeləşdirilmiş təbii qazın tədarükünə dair Vaşinqtonla razılaşmanı nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ABŞ-ın "Foreign Policy" jurnalında yerləşdirilib.

Nəşr yazır ki, Ukraynanın “Naftoqaz” şirkətinin baş direktoru Yuri Vitrenko Vaşinqtonda deyib ki, qış gələnə qədər Ukraynaya 6 milyard kubmetr qaz idxal etmək üçün 8 milyard dollar lazımdır:

“Ukraynanın özünün mayeləşdirilmiş təbii qaz üçün terminalları yoxdur. Buna görə 6 milyard kubmetr qaz Avropaya çatdırılmalı, oradan isə boru kəməri ilə Ukraynaya gətirilməlidir. Kiyev iki ildən sonra bu qaz tədarükü üçün pul ödəməyə hazırdır”.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu bəyanatı şərh edib.  O, bir müddət sonra Ukraynanın dünya xəritəsində mövcudluğunu şübhə altına alıb.

Telegram kanalında o, yazıb ki, Ukraynanın mayeləşdirilmiş təbii qaz almaq istədiyini, əks halda "sadəcə donacaqlarını" bildirən bir mesaj oxuyub:

“Adi bir sual vermək istəyirəm. Kim deyir ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin