Rusiyanın Saratov vilayətində 38 yaşlı qadına qarşı "qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümü ilə nəticələnmə" maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, Saratov sakini öz atasını vəhşicəsinə öldürməkdə şübhəli bilinir.
Rusiya İstintaq Komitəsinin regional rəhbərinin saytında bildirildiyi kimi, şübhəli Saratov vilayətinin Petrovsk şəhərində yaşayan 71 yaşlı atasını Milad bayramında ziyarət edib.
Yanvarın 7-nə keçən gecə onlar arasında dava düşüb.
Əvvəlcə qız atasına bir neçə dəfə təpik vurub, sonra tozsoranla başına zərbələr endirib.
Təqaüdçü qısa müddətdən sonra dünyasını dəyişib.
Şübhəli hazırda həbsdədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:45 / 09.01.2021
Qadın 71 yaşlı atasını tozsoranla öldürdü
Hazırda oxunan: Qadın 71 yaşlı atasını tozsoranla öldürdü
Hazırda oxunan: Qadın 71 yaşlı atasını tozsoranla öldürdü
7912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.