ABŞ prezidenti Donald Tramp “Twitter”də hesabı birdəfəlik bloklandıqdan sonra öz sosial şəbəkəsini yarada bilər.
Bizim.Media xəbər verir ki, bu barədə o, tivit yazıb, ancaq mesaj moderatorlar tərəfindən təcili silinib. Ağ Ev sonra mövzu ilə bağlı açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
Trampın tvitteri birdəfəlik bağlandı
Tramp “Twitter”i Demokratlarla əlbir olmaqda günahlandırıb və artıq digər saytlarla danışıqlara başladığını söyləyib.
Trampın sözlərinə görə, yaxın gələcəkdə onun yaza biləcəyi yeni platforma olacaq.
Bizim.Media