Nazarbayevdən sərt açıqlama: “Mənim adımı o məktəbə necə qoymaq olar?”

Hazırda oxunan: Nazarbayevdən sərt açıqlama: “Mənim adımı o məktəbə necə qoymaq olar?”

7907

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev onun şərəfinə verilən adlardan danışıb.

Bizim.Media xəbər verir ki, o, “Portretə ştrixlər. Şəxsi” sənədli filmində mövzu ilə bağlı bəzi detallara münasibət bildirib.  

Nazarbayevin sözlərinə görə, o, bu cür qərarların əleyhinə olub, vəzifədə olarkən onları qadağan edib, lakin hər ad günündə belə təkliflər alıb.

“Qazax şairi Abayın adını daşıyan məktəbə mənim adımı necə qoymaq olar? Noolsun ki, o məktəbi bitirmişəm. Bu, tamamilə səhv yanaşmadır. Yeganə istisna təşəbbüsümlə açılan universitet oldu” deyib.

Qazaxıstanın ilk prezidenti paytaxt Astananın Nur-Sultan olaraq dəyişdirilməsindən də söz açıb:

“Şəxsən mənim buna ehtiyacım yoxdur. Bir çox liderlər düşünürlər ki, məndən sonra yaddaşlarda nə qalacaq. Mən isə nə qalacağının fərqində deyiləm”.

Onun fikrincə, bir insanın sağlığında qoyulan abidələr sonrakı nəsillərin yaddaşında necə qalacağına dair qeyri-müəyyənlik yaradır:

“Xahiş etdim ki, bu işlərə çox baş qoşmasınlar”.

Qeyd edək ki, Astana 2019-cu ilin martında Nur-Sultan adlandırılıb.

Təşəbbüs o vaxtkı respublika rəhbərinin səlahiyyətlərini icra edən Qasım-Comərt-Tokayevdən gəlib. Qərar ictimaiyyətin etirazına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin