Ukrayna rusiyalı oliqarxın milyonlarla dollarlıq aktivlərinə həbs qoydu

Hazırda oxunan: Ukrayna rusiyalı oliqarxın milyonlarla dollarlıq aktivlərinə həbs qoydu

79054

Məhkəmə mineral suyun istehsalı və satışı ilə bağlı rusiyalı oliqarxın Ukrayna şirkətindəki aktivlərinə həbs qoyub. 

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna İqtisadi Təhlükəsizlik Bürosu yayıb.

Mənbə qeyd edir ki, müəssisə Kipr şirkətləri vasitəsilə Rusiyadan olan oliqarxa məxsusdur. Sahibkarlar sanksiyalardan və milliləşdirmədən yayınmağa çalışıblar. Onlar uydurma əməliyyatlar vasitəsilə öz aktivlərini çıxarmağı planlaşdırıblar.
İqtisadi Təhlükəsizlik Bürosunun təqdimatı ilə məhkəmə oliqarxın 53,4 milyon qriven məbləğində əmlakına həbs qoyub.

Nəşrin məlumatına görə, bu, Rusiyanın sanksiyalar siyahısında olan oliqarx Mixail Fridmandır. 
Tərəfdaşları - German Xan və Petr Aven ilə birlikdə o, “IDS Borjomi International” beynəlxalq qrupuna daxil olan “IDS Group Ukraine” şirkətinin sahibidir. 

Ukraynada bu müəssisə Morşinskaya və Mirqorodskaya brendləri ilə təmsil olunan Borjomi mineral suyunun idxalçısıdır.

Konsaltinq agentliklərinin məlumatına görə, 2021-ci ildə şirkətin dəyəri 10 milyard qrivendən çox olub.

Xatırladaq ki, Mixail Fridman Lvovdandır, Rusiya və İsrail vətəndaşıdır. “Alfa Bank”ın daxil olduğu “Alfa Group” konsorsiumunun ortaq sahibi və müşahidə şurasının sədridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin