İrəvana rəsmi səfərə gələn ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald “Ermənistan” fraksiyasının deputatları - Anna Qriqoryan, Aram Vardevanyan və Qeqam Manukyanla görüşüb.
Bizim.Media “aysor.am” saytına istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak edən “Mənim şərəfim var” fraksiyasının üzvü Taquhi Tovmasyan öz Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
“Ermənistanda baş verən son hadisələr, insan hüquqlarının müdafiəsi ilə bağlı yaranmış vəziyyət və ABŞ Dövlət Departamenti ilə gələcək əməkdaşlıq müzakirə edilib”, - deyə deputat bildirib.
Bizim.Media