İtaliyada yerli seçkilər və referendum keçirildi

Hazırda oxunan: İtaliyada yerli seçkilər və referendum keçirildi

78926

İtaliyada bəzi böyük şəhərlər də daxil olmaqla 971 bələdiyyədə qismən yerli seçkilər və ədliyyə sahəsində tənzimləmələri də əhatə edən referendum keçirilib.

Bizim.Media xəbər verir ki, yerli seçkilərin keçirildiyi bəzi böyük şəhərlərə Genuya, Palermo, Messina, Parma, Taranto, Verona və La Spezia daxildir. Referendumla ədliyyə sahəsində 5 hüquqi tənzimləmənin qüvvədə olub-olmaması səsə qoyulub.

Referendum 51,5 milyon, yerli seçkilər isə 8,8 milyon seçicini əhatə edib.

Yerli mətbuatın məlumatına görə, günorta saatlarına yerli seçkilərdə iştirak nisbəti 17 faizdən, referendumda isə 6 faizdən çox olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin