Litva Seyminin deputatı Matas Maldeykis Litvaya Smolenski ələ keçirməyi təklif edən ermənipərəst rusiyalı jurnalist Vladimir Solovyov yıxıb-sürüyüb.
Bizim.Media xəbər verir ki, o, Tvitter hesabında Ukraynada məişət texnikası da daxil olmaqla, kütləvi talançılıqla məşğul olan rus hərbçilərini ələ salıb.
Litvalı qeyd edib ki, ölkəsinin Rusiya Federasiyasına hücum etmək fikri yoxdur, çünki onun artıq paltaryuyan maşını var.
Qeyd edək ki, daha əvvəl Maldeykis bildirib ki, Rusiya Litvanın müstəqilliyi ilə bağlı qərarını ləğv edərsə, cavab olaraq 1634-cü il müqaviləsi ləğv ediləcək və bunun üçün işğal olunmuş ərazilərin, xüsusilə Smolensk şəhərinin respublikaya qaytarılması tələb olunacaq.
Buna cavab olaraq Solovyov öz proqramında isterik çıxış edib və litvalı siyasətçini Rusiyaya daxil olmağa və Smolenski ələ keçirməyə çağırıb.
"Bu oğlan (Solovyov nəzərdə tutulur) indicə mənə Rusiyaya hücum etməyi təklif etdi! Sağ olun, imtina edirəm, çünki mənim artıq paltaryuyan maşınım var", - Maldeykis təbliğatçının sözlərinə münasibət bildirib.
Xatırladaq ki, bir qədər əvvəl xəbər verilmişdi ki, Latviya prezidenti Egils Levits ölkədə NATO-nun daimi hərbi bazasına ehtiyac olduğunu bəyan edib.
Onun sözlərinə görə, bu, ölkəni Rusiyanın istənilən potensial təcavüzündən qorumaq üçün lazımdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 12.06.2022
Ermənipərəst rusiyalı jurnalist Litvaya Smolenski tutmağı məsləhət gördü
Hazırda oxunan: Ermənipərəst rusiyalı jurnalist Litvaya Smolenski tutmağı məsləhət gördü
Hazırda oxunan: Ermənipərəst rusiyalı jurnalist Litvaya Smolenski tutmağı məsləhət gördü
78912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.