"Rusiya səmərəsiz silah sistemlərindən istifadə edir" - Britaniya kəşfiyyatı

Hazırda oxunan: "Rusiya səmərəsiz silah sistemlərindən istifadə edir" - Britaniya kəşfiyyatı

78745

“Rusiya Ukraynaya qarşı sovet istehsalı olan “X-22” raketlərindən istifadə etməkdə davam edir. Səbəb Rusiya Federasiyasında dəqiq müasir döyüş sursatlarının çatışmazlığıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb. 

Bildirilir ki, Britaniya kəşfiyyatının məlumatına əsasən, aprel ayından bəri Rusiyanın orta mənzilli bombardmançı təyyarələri Ukrayna ərazisinə 1960-cı illərdə istehsal edilən onlarla “X-22” gəmi əleyhinə raket atıb. 
“Rusiya çox güman, daha dəqiq müasir raket çatışmazlığı səbəbindən belə səmərəsiz silah sistemlərindən istifadə edir”, - Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin