Çinin paytaxtı Pekinin Çaoyan rayonunda koronavirusun yeni ocağı aşkar olunub.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Pekinin Səhiyyə Komitəsi yayıb.
Məlumata görə, yeni ocaq yerli barlardan birində aşkarlanıb. Ötən sutka ərzində həkimlər şəhərdə koronavirusa 61 yeni yoluxma aşkar edib ki, yoluxanların da hər biri sözügedən barda olub.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, paytaxtın həmin hissəsində yenidən epidemioloji tədbirlər gücləndirilib.
Bildirilir ki, Çaoyan rayonunda çox sayda əcnəbi yaşayır. Statistikaya əsasən, iyunun 6-dan Pekində yoluxma sayı gündəlik olaraq 10-dan az olurdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:57 / 11.06.2022
Pekində yenidən FƏLAKƏT: Koronavirus ocağı...
Hazırda oxunan: Pekində yenidən FƏLAKƏT: Koronavirus ocağı...
Hazırda oxunan: Pekində yenidən FƏLAKƏT: Koronavirus ocağı...
78721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.