Gəncliyin arzularını, sevincini əlindən alan amansız müharibə.
Xarkov şəhərində bir qrup məzun təhsil aldıqları 134 nömrəli məktəbin dağıntıları üzərində vals oynayıb.
Bizim.Media xəbər verir ki, şəhərin digər orta məktəblərinin məzunları da həmin buraxılış mərasiminə qatılıblar.
Məzunlar mərasimin keçirildiyi dağılmış məktəb binasında toplaşıblar.
Onlar dağıntılar üzərində yaşadıqları müharibənin acılarının simvolu olaraq, qara libasda rəqs ediblər.
Mərasimdə kövrək anlar yaşanıb. Gənclər amansız müharibənin onların həyatına, arzularına vurduğu yaraları ifadə edən görüntülər sərgiləyib.
Bizim.Media