Türkiyə NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiya qarşısında 10 şərt qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Belə ki, mayın 25-də Ankarada keçirilən danışıqlarda İsveç və Finlandiya nümayəndələrinə tələblər paketi təqdim olunub. Nəşrin yazdığına görə, xüsusilə, , hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və müvafiq qanunvericilik aktları qəbul etməlidir.
1. İki ölkədən PKK, DHKP/C, İŞİD, FETÖ və onların qolu olan terror təşkilatları ilə mübarizəsində Türkiyəyə dəstək istənilib.
2. İsveç və Finlandiyanın terrorla mübarizə üçün lazımi hüquqi tənzimləmə və hüquqi infrastruktur yaratması lazım olduğu bildirilib.
3. PKK-nın öz ölkələrindəki nümayəndəliklərinin bağlanması və açılması cəhdlərinin qarşısı alınmalı olduğu vurğulanıb.
4. İki ölkədə FETÖ fəaliyyətlərinə icazə verilməməsi, əlaqəli internet saytları və media orqanlarının bağlanması tələb olunub.
5. Terrorla əlaqəsi olan qurumların qaytarılması, aktivlərinin dondurulması və bağlanması tələblərinin yerinə yetiriləcəyi bildirilib.
6. İsveç və Finlandiyadan terrorla bağlı şəxslərin deportasiyası və ekstradisiyası vurğulanıb.
7. PKK və DHKP-C kimi terror təşkilatlarının nümayiş keçirməsinə icazə verilməməsi lazım olduğu bildirilib.
8. İki ölkədən Türkiyə ilə kəşfiyyat paylaşmaları istənilib.
9. Hər iki ölkədən Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırması istənilib.
10. İsveç və Finlandiya NATO-ya üzv olarsa, bu öhdəlikləri yerinə yetirməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:03 / 08.06.2022
Türkiyədən İsveç və Finlandiyaya 10 ŞƏRT
Hazırda oxunan: Türkiyədən İsveç və Finlandiyaya 10 ŞƏRT
Hazırda oxunan: Türkiyədən İsveç və Finlandiyaya 10 ŞƏRT
78234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.