Zelenski Rusiya ilə danışıqların şərtlərini AÇIQLADI

Hazırda oxunan: Zelenski Rusiya ilə danışıqların şərtlərini AÇIQLADI

78148

Prezident Volodimir Zelenski hesab edir ki, Rusiya Federasiyası ilə danışıqlar yalnız o halda mümkün ola bilər ki, öz ordusunu fevralın 24-dək olan sərhədlərinə geri çəksin. Ölkə başçısının fikrincə, bu, aralıq mərhələ kimi Ukraynanın müvəqqəti qələbəsi olmalıdıır. 

Bizim.Media “Ukrayna” xəbər agentliyinə istinadən xəbər verir ki, o, bu barədə “Financial Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük və ədalətli qələbə isə ölkənin tam işğaldan azad edilməsi və işğal olunmuş ərazilərin geri qaytarılmasıdır.

"Hesab edirəm ki, bu müharibə dövlətimizin müstəqilliyi, azadlığı uğrundadır. Müstəqillik mənim və vətəndaşlarımızın əksəriyyətinin anlayışında ərazi bütövlüyümüzün, sarsılmaz suverenliyimizin qaytarılmasıdır. Bütün bunları biz gələcək nəsillərə çatdırmalıyıq.
"Və bunu açıq deyirəm. Bunlar bəzi pafoslu çıxışlar, siyasi çağırışlar deyil. İnanıram ki, bu, səbirli xalqın böyük və ədalətli qələbəsi olacaq”, - deyə dövlət başçısı bildirib.

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrini tükəndirəcək və ərazilərini geri alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin