ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır – AĞ EV RƏSMİSİ

Hazırda oxunan: ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır – AĞ EV RƏSMİSİ

78118

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. 

Azərbaycan Prezidentinin köməkçisi bununla bağlı Tvitter hesabında “Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu” sözlərini yazıb.
Ağ Evin Mətbuat Xidməti isə hər iki siyasətçinin görüşünün detallarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə infirmasiya “whitehouse.gov” saytında yer alıb.

Mənbə yazır ki, onlar ABŞ və Azərbaycan arasında əlaqələrin 30 illik yubileyini alqışlayıblar və ikitərəfli əlaqələri daha da dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar. 

Tərəflər Rusiyanın əsassız təcavüzünə cavab olaraq Ukrayna xalqına kömək etmək üçün birgə öhdəliklərini müzakirə ediblər. 

Sallivan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli sadiqliyini yüksək qiymətləndirib və regional enerji təchizatının daha da şaxələndirilməsi səylərini müzakirə edib. 

Hər iki şəxs Ukraynadakı münaqişənin bütün region üçün fəsadları barədə fikirlərini bölüşüblər. Sullivan ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və firavanlığa sadiqliyini xüsusi vurğulayıb.
O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində mühüm və tarixi diplomatik səyləri yüksək qiymətləndirib.  

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən təşkil olunan danışıqlara dəstəyini ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin