“Donetsk bölgəsinə nəzarət üçün Rusiya ən azı bunu etməlidir” - Britaniya kəşfiyyatı  

Hazırda oxunan: “Donetsk bölgəsinə nəzarət üçün Rusiya ən azı bunu etməlidir” - Britaniya kəşfiyyatı  

78052

Rusiya may ayında Papasnyansk istiqamətində irəliləyiş əldə edib, lakin indi bu ərazidə irəliləməsi dalana dirənib.  

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniya Müdafiə Nazirliyinin yeni kəşfiyyat icmalında deyilir.  

Kəşfiyyat qeyd edir ki, Ukrayna qüvvələri həftə sonu Severodonetskin bir hissəsini geri alıb, baxmayaraq ki, rus qoşunları şəhərin şərq rayonlarını tutublar.  

“Rusiyanın daha geniş planı yəqin ki, hələ də Severodonetsk bölgəsini şimal və cənubdan kəsməkdir. İzyum bölgəsinin ağır artilleriya atəşinə tutulması ilə bağlı xəbərlər Rusiyanın şimal istiqamətində yeni cəhdlər etməyə hazırlaşdığını göstərir. Taktiki nailiyyətləri əməliyyat səviyyəsində uğura çevirmək və bütün Donetsk bölgəsinə nəzarət etmək üçün Rusiya demək olar ki, bu ərazilərdən ən azı birində irəliləyişə nail olmalıdır”, - deyə bəyanatda bildirilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin