Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ı müttəfiqlərdən məhrum etmək planını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Telegram kanalında canlı yayımda səsləndirib.
Çeçen liderinin fikrincə, Rusiya xalqı və Putin haqqında pis danışan “dövlətlərin ərazilərini” güc yolu ilə tutmaq lazımdır.
Kadırov videoda "ABŞ-ın heç bir müttəfiqi olmayacaq" deyir. O, qeyd edir ki, bütün bu dövlətlərin özləri “bir qəpiyə dəyməz”, lakin Rusiya prezidenti haqda “ədəbsiz” ifadələr işlədirlər.
Ramzan Kadırov Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatının nə vaxt başa çatacağını da bildirib. Onun sözlərinə görə, xüsusi əməliyyat ABŞ və digər Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv edib üzr istəyənədək davam edəcək.
“Rusiya arxamızdadır, biz birlikdə güclüyük və təkcə Ukraynanı yox (Ukrayna bizimlə müharibə etmir), NATO-nu da məğlub edəcəyik. ABŞ uzaqda olduğunu bilə-bilə Avropa dövlətlərindən istifadə edir”, - deyə respublika rəhbəri bildirib.
Kadırov vurğulayıb ki, Rusiya Federasiyasının xüsusi əməliyyatı “insanların yaxşılığı” üçündür.
O, Ukrayna ərazisində yerləşən Dudayev və Mənsur batalyonlarının üzvlərinə də müraciət edib. Onları günahlarını etiraf etməyə dəvət edib: “Bağışlanacaqsınız. Sizə amnistiya verilməsi üçün Ali Baş Komandana müraciət edəcəyəm”.
Ramzan Kadırov sosial şəbəkələrdə yeni hərbçilərin Qroznıdan Ukraynaya göndərilməsinin videosunu da yayıb: “Onların hamısı könüllüdür”.
Bundan əvvəl Ramzan Kadırov Polşaya xəbərdarlıq edib. Çeçenistan rəhbəri bu ölkəni “altı saniyəyə” alacağına söz verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:33 / 07.06.2022
Kadırovdan TƏKLİF: “Putin haqda pis danışan Avropanı tutmaq lazımdır“ – VİDEO
Hazırda oxunan: Kadırovdan TƏKLİF: “Putin haqda pis danışan Avropanı tutmaq lazımdır“ – VİDEO
Hazırda oxunan: Kadırovdan TƏKLİF: “Putin haqda pis danışan Avropanı tutmaq lazımdır“ – VİDEO
78028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.