Boris Conson etimad səsverməsində QALİB GƏLDİ

Hazırda oxunan: Boris Conson etimad səsverməsində QALİB GƏLDİ

78015

Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlament qrupunda etimad səsverməsində qalib gəlib.

Bizim.Media xəbər verir ki, B.Conson 148-i əleyhinə, 211-i isə lehinə olmaqla səsvermədən qalib ayrılıb.

Nəticələr Ser Qrem Bredi tərəfindən Baş Nazir Boris Consona məruzə edilib.
 

Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. 

O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin