Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı kütləvi immunitet ideyasını pisləyib. “RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prezidenti Tedros Adhanom Qebreyesus bildirib.
“Kütləvi immunitet vaksinasiya zamanı istifadə olunan əhalinin virusdan qoruna biləcəyi konsepsiyadır. Kütləvi immunitetin yaranması üçün əhalinin 95 faizi peyvənd olunmalıdır”. T.Qebreyesus bildirib ki, digər beş faiz isə vaksinasiya olunmuş insanlar arasında virus yayımlayacağı üçün müdafiə olunacaqlar. Onun fikrincə, kütləvi immunitet yoluxma ilə deyil, vaksinasiya ilə əldə olunur.