Qazaxıstanda keçirilən referendumda vətəndaşların 77,18 faizi konstitusiya düzəlişlərini dəstəkləyib.
Bizim.Media Kazinform agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Mərkəzi referendum komissiyasının dərc etdiyi ilkin nəticədə yer alıb. Həmçinin qeyd olunur ki, konstitusiya dəyişikliyi üzrə referendumda seçici fəallığı 68,06 faiz təşkil edib.
Düzəlişlər ən çox Aqmola vilayətində (81,98 faiz), ən az isə Alma-Atada dəstək qazanıb (65,22 faiz).
Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Qeyd edək ki, konstitusiyaya əlavə və düzəlişlər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb.
Qəbul olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə artırılır, hüquq–müdafiə sistemi gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, ölüm hökmünün ləğvi qəti olaraq təsbit edilir, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:33 / 06.06.2022
Qazaxıstan əhalisinin 77,18 faizi konstitusiya düzəlişlərini dəstəklədi – RƏSMİ
Hazırda oxunan: Qazaxıstan əhalisinin 77,18 faizi konstitusiya düzəlişlərini dəstəklədi – RƏSMİ
Hazırda oxunan: Qazaxıstan əhalisinin 77,18 faizi konstitusiya düzəlişlərini dəstəklədi – RƏSMİ
77873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.