Ömürlük məhkum Coxar Çarnaev xüsusi rejimli təcridxananın rəhbərliyi ilə bağlı məhkəməyə müraciət edib.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, Çarnaevin şikayətinə səbəb həbsxana səlahiyyətlilərinin məhkumun papaq və bananını əlindən alması olub.
Bu yolla Çarnaev məhkəmədən 250 min ABŞ dolları konpensasiya almaq niyyətindədir.
Xatırladaq ki, Çarnaev 2013-cü ilin 15 apreldə Bostonda törədilən terror aktının müəllifidir.
12 saniyəlik fasilələrlə baş verən 2 partlayış bir neçə nəfərin ölümünə, 280 insanın xəsarət almasına səbəb olub.
Cinayətdə 2 qardaş -Tamerlan və Coxar Çarnaevlər ittiham olunub. Tamerlan Çarnaev polis tərəfindən qətlə yetirilib. Qardaşı Coxar isə hələ də həbsdədir.
Bizim.Media