Böyük Britaniya Ukraynaya 80 km-dək məsafədə yerləşən hədəfləri vura bilən “M270” reaktiv yaylım atəşi sistemləri verəcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles məlumat verib.
“Böyük Britaniyanın Ukraynaya dəstəyi Rusiyanın taktikasına uyğun olaraq dəyişir. Bu, yüksək effektivliyə malik yaylım atəşi sistemləri ukraynalı dostlarımıza Rusiya qüvvələrinin şəhərləri dağıtmaq üçün istifadə etdikləri uzaqmənzilli artillersiyaya qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcək”, - deyə nazir deyib.
Onun sözlərinə görə, “M270” sistemlərini ABŞ şirkəti istehsal etdiyi üçün onların üçüncü ölkəyə verilməsi üçün rəsmi Vaşinqtonun icazəsi tələb olunur və belə bir icazə artıq verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:03 / 06.06.2022
"Böyük Britaniya Ukraynaya raket sistemi verəcək" - Nazir
Hazırda oxunan: "Böyük Britaniya Ukraynaya raket sistemi verəcək" - Nazir
Hazırda oxunan: "Böyük Britaniya Ukraynaya raket sistemi verəcək" - Nazir
77852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.