Bu gün BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Əsas diqqət münaqişə ilə bağlı cinsi zorakılıq və insan alverinə yönəldiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndə Pramila Pattenin, Ukrayna və ABŞ vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları planlaşdırılır.
Təhlükəsizlik Şurasının işində Avropa Şurasının rəhbəri Şarl Mişelin də iştirakı gözlənilir.
Şuranın iclasına Ukrayna da dəvət olunub. Bu baxımdan ölkənin BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa çıxış edəcək.
Görüş Şərqi Amerika vaxtı ilə səhər saat 10:00-da başlayacaq.
Bizim.Media