Holokostdan sağ çıxan kiyevli qadın müharibədən Almaniyaya qaçdı

Hazırda oxunan: Holokostdan sağ çıxan kiyevli qadın müharibədən Almaniyaya qaçdı

77803

Holokostdan sağ çıxan Kiyevli qadın müharibədən Almaniyaya qaçmağa məcbur olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bild nəşri öz Telegram kanalında yazıb.

Zoya Burdenin 94 yaşı var. Uşaq ikən alman faşistlərindən gizlənməli olub və indi rus qoşunlarından Almaniyaya qaçıb. Onun Kiyevdən təxliyyəsini Kliçko qardaşları təşkil edib və indi 70 yaşlı oğlu Yevgeni ilə Heydelberqdə yaşayır.

Zoya uşaq ikən alman faşistlərindən gizləndiyi zaman götürdüyü qaşıqları evakuasiya edilərkən özü ilə götürüb.

“Təhlükəsiz yerdə olduğumuz üçün şadam, amma ev üçün çox darıxıram. Heydelberqdə hər şey və insanlar çox gözəldir, köhnə evləri bəyənirəm. Amma heç nə öz vətənimi əvəz edə bilməz”, deyə o, qeyd edib.

Zoya Ukraynanın paytaxtında qalan dostlarına və qonşularına telefon zəngləri edir. 

“Telefonda çox danışırıq. Mən bilməliyəm ki, mənzilimdəki pəncərələr hələ də salamat qalıb. Ən böyük arzum vətənimi yenidən görməkdir”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin