Antitel məsələsinə çox da bel bağlamayın. Çünki Hollandiyada ikinci dəfə koronavirusa yoluxan xəstə ölüb. Bu barədə Oksford Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.
Hollandiyalı alimlərin fikrincə, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən 89 yaşlı qadın ikinci dəfə koronavirusa yoluxub. İki həftə sonra xəstə vəfat edib. Bu təkrar infeksiyaya yoluxanlar arasında ilk ölüm hadisəsidir.