Qazaxıstanda referendumda seçici fəallığı 65,04 faizdir - RƏSMİ

Hazırda oxunan: Qazaxıstanda referendumda seçici fəallığı 65,04 faizdir - RƏSMİ

77794

Qazaxıstanda yerli vaxtla saat 18:00 üçün konstitusiya referendumunda seçici fəallığı 65,04 faiz təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Mərkəzindən bildiriblər.

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda referendum baş tutdu – Səsvermə 53 faizdən çoxdur


Məlumata əsasən, ən yüksək fəallıq Türküstan vilayətində qeydə alınıb - 78,24%. Nur-Sultanda seçicilərin 53,87 faizi, Almatıda isə 29,82 faizi seçki məntəqələrinə gəlib ki, bu da respublika üzrə ən aşağı göstəricidir.

Bildirilib ki, indiyədək 11 722 536 referendum iştirakçısından 7 624 641 nəfər səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin