Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı tələb olunan 50%-lik həddi aşaraq Bakı vaxtı ilə saat 12:00-dək 53,43% təşkil edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü referendum üzrə Mərkəzi Komissiyanın brifinqində məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstanda referendum keçirilir - Konstitusiyaya dəyişikliklər OLACAQ
“Ümumilikdə yerli vaxtla saat 14:00-dək ölkə üzrə 6 milyon 262 min 973 vətəndaş seçki bülleteni alıb ki, bu da səsvermə siyahılarına daxil olanların 53,43 faizini təşkil edir. Nəzərinizə çatdırıram ki, qanuna əsasən referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş sayılır.
Beləliklə, Mərkəzi Referendum Komissiyasının məlumatlarına görə, müəyyən edilmiş səsvermə həddinə çatıb”, - deyə komissiyanın üzvü Anastasiya Şeqortsova brifinqdə bildirib.
Əsas qanuna dəyişikliklər o halda qəbul edilmiş sayılır ki, vətəndaşların yarıdan çoxu respublika tabeliyində olan rayonların və şəhərlərin ən azı üçdə ikisində (Qazaxıstanda 14 rayon və üç respublika əhəmiyyətli şəhər var - Nur-Sultan, Alma-Ata və Çimkent) səs verir.
Seçki məntəqələri Bakı vaxtı ilə saat 20:00-da bağlanacaq. Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 52 xarici ölkədə 65 seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə siyahılarına 11,7 milyondan çox qazaxıstanlı daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:36 / 05.06.2022
Qazaxıstanda referendum baş tutdu – Səsvermə 53 faizdən çoxdur
Hazırda oxunan: Qazaxıstanda referendum baş tutdu – Səsvermə 53 faizdən çoxdur
Hazırda oxunan: Qazaxıstanda referendum baş tutdu – Səsvermə 53 faizdən çoxdur
77772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.