İyunun 4-ü, şənbə günü İranın Zahedan şəhərində silahlı qarşıdurma zamanı mülki geyimli iki hökumət məmuru öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.
Mənbə yazır ki, naməlum silahlı şəxslər mağazaya daxil olub və “Kalaşnikov” avtomatı ilə həmin iki hökumət məmurunu gülləbaran edərək hadisə yerini tərk ediblər.
Ölənlərdən birinin adı Məhəmməd Məhəmmədidir, digərinin şəxsiyyəti isə hələlik müəyyən edilməyib.
Bizim.Media