Koreya idxalçıları Azərbaycana ticarət missiyası göndərəcək

Hazırda oxunan: Koreya idxalçıları Azərbaycana ticarət missiyası göndərəcək

77623

Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan məsələyə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə toxunulub.

Tərəflər həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələlərinə də müzakirə ediblər. AZPROMO-nun rəhbəri ölkədə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.

Görüşdə həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin