Son günlərdə İran prezidendi Həsən Ruhani “İran bir müddət sonra istədiyi ölkədən silah ala və istədiyi ölkəyə silah sata biləcək” başlıqlı açıqlama vermişdi. Söhbət beynəlxalq vasitəçilər tərəfindən 2015-ci ilin iyulunda İrana beşillik silah alma və satma sanksiyası tətbiq edilməsindən gedirdi. Artıq 5 illik sanksiyanın müddəti 18 oktyabrda bitir. Bundan sonra İranın rəsmi olaraq Ermənistana silah satıb satmayacağı isə sual altındadır.
Lakin erməni mənbələri bu məsələdə ümidlidirlər. Ermənistanda 18 oktyabrda İranın üzərindən silah embarqosunun götürüləcəyinə və bundan sonra İranın Ermənistana silah verə biləcəyinə inanırlar. Erməni şərqşünas Karine Qevorkyanın sözlərinə görə “İran Azərbaycanla sərhədlərinə çoxdan qoşun və xüsusi bölmələr toplayıb. Azərbaycana kömək etmək tələbi ilə çıxış edən azərbaycanlıları isə İran höküməti ya saxlayıb, ya da həbs edib”.