"ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyəcəyik" - Podolyak 

Hazırda oxunan: "ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyəcəyik" - Podolyak 

77540

“Ukrayna müdafiə müharibəsi aparır və ABŞ-ın tədarük etdiyi silahlarla Rusiya ərazisindəki obyektlərə zərbə endirməyi planlaşdırmır”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak “Twitter“də bildirib. 

“Rusiyanın bu gün bir nömrəli tapşırığı Ukrayna ilə ABŞ arasında etimadı zədələməkdir. Bizim tərəfdaşlarımız onların silahlarının harada istifadə edildiyini bilirlər. Belə bir niyyətlə bağlı istənilən iddialar Rusiya xüsusi xidmət orqanlarının psixoloji əməliyyatıdır”, - deyə Podolyak qeyd edib. 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ölkəsinin Ukraynaya qabaqcıl raket sistemləri göndərə biləcəyini bəyan edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin