NATO-nun gizli təlimləri nədən xəbər verir?

Hazırda oxunan: NATO-nun gizli təlimləri nədən xəbər verir?

Özət:
  • Dünya nüvə müharibəsinin astanasındadır!
  • Almaniya “nüvə müharibəsi” təlimləri keçir
  • Nörfenik - nüvə silahlarının əsas anbarı
775

“Bild” qəzeti Almaniyanın müttəfiqi olan digər NATO ölkələri ilə birgə gizli “nüvə müharibəsi” təlimləri keçirdiyini qeyd edib. Mümkün hər hansı nüvə müharibəsinə hazırlıq xrakteri daşıyan təlimlərin Almaniyanın Nörfenik hava bazasında icra edildiyi qeyd olunur. Nörfenik ABŞ-ın uzaq mənzilli nüvə silahlarının əsas anbarı hesab olunur. 

Qəzet alman və NATO hərbçilərinin nüvə silahlarının yeraltı anbarlardan təhlükəsiz şəkildə çıxarılması, daşınması və təyyarələrə yüklənməsini məşq etdiklərini qeyd edib. 

Bild-in məlumatına görə, Avropa ölkələri nüvə müharibəsi təhlükəsinin çox yaxın olduğunun fərqindədirlər. Xüsusilə, ABŞ-ın Rusiya ilə orta mənzilli nüvə silahlarının azaldılması haqqında müqavilədən imtina etməsi yeni şübhələr doğurub.

Analitiklərin fikrincə artıq yeni silahlanma yarışı başlayıb. Xatırladaq ki, bir müddət əvvəl ABŞ B-52 bombardmançı təyyyarələrinin Kalininqrad və Qara dənizə hücum təlimləri keçirdiyini də ortaya çıxmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin