Dünyada ərzağın qiyməti rekord həddə bahalaşdı - SƏBƏB

Hazırda oxunan: Dünyada ərzağın qiyməti rekord həddə bahalaşdı - SƏBƏB

7748

Ərzağın qiymətləri son 6 ilin ən yüksək səviyyəsinə qalxıb.

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda BMT-nin Qida və Kənd Təsərrüfatı üzrə departamenti məlumat yayıb. 

Departamentdən bildiriblər ki, “koronavirus pandemiyası düzəlməsə, vəziyyət daha da pisləşəcək”.

Bunun əsas səbəbi kimi Çində ərzağa olan tələbatın artması göstərilir.

Cənubi Amerikadan da pis xəbərlər gəlib. Orada quraqlıq əkin sahələrini xeyli azaldıb. 

Dünyanın ən böyük taxıl ixrac edən ölkəsi olan Rusiya isə fevral ayından ixracı dayandıracaq. 
“Rabobank International”a görə qlobal istiləşmə, Çinin həddən çox ərzaq idxal etməsi bu il kənd təsərrüfatı mallarının qiymətlərini daha da artıracaq.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin