Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...

Hazırda oxunan: Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...

77432

Korrupsiyada ittiham olunan Qırğızıstanın səhiyyə naziri saxlanılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, nazir Alımkadır Beyşenaliyev koronavirusa qarşı vaksinlərin pulunu mənimsəməkdə şübhəli bilinir. 

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doz vaksin alınıb.

Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin