“Molotov kokteyli”nin TARİXÇƏSİ – Bu silahın ruslara nə dəxli var? 

Hazırda oxunan: “Molotov kokteyli”nin TARİXÇƏSİ – Bu silahın ruslara nə dəxli var? 

77386

Rusiyanın Ukraynaya hücumundan sonra Ukrayna Müdafiə Nazirliyi yerli əhaliyə dünyanın bütün ölkələrində hazırlanması rəsmi olaraq qadağan olunan “Molotov kokteyli” hazırlanması ilə bağlı çağırışlar etməyə başladı. 

Bizim.Media xəbər verir ki, bununla əlaqədar Ukrayna televiziyalarında əhaliyə “Molotov kokteyli”nin hazırlanmsı izah olundu.

Ukrayna saytlarında “Molotov kokteyli”nin hazırlanması ilə bağlı məlumatlar yayıldı və daha əlçatan olması üçün çap olunub bir qisim əhaliyə də paylanıldı.

Ukraynanın bir çox bölgələrində pivə və şampan istehsalçılarının çoxu Ukrayna daxili işlər və müdafiə nazirliklərinin çağırışları ilə “Molotov kokteylləri” hazırlayıb əhaliyə dağıtdılar.
Bu da “Molotov kokteyli”ni yenidən gündəmə gətirmiş oldu.

“Molotov kokteyli”nin tərkibi nədən ibarətdir?

Adətən kokteyl deyərkən insanların beynində xoş təəssüratlar, şirin dad canlanır. “Molotov kokteyli” dedikdə isə əksinə olaraq müharibənin acı nəticələri və yaratdığı fəlakətlər göz önündə dayanır.

Haqqında danışdığımız “Molotov kokteyli” şüşə butulkada az miqdarda sulfat turşusu və benzin+parafinin qarışığından ibarət olur və butulkanın başlığındakı  fitil yandırılaraq düşmənin və hərbi texnikanın üzərinə atılır. İlkin variantı məhz belə olsa da, zaman keçdikcə bu kokteylin tərkibinə daha  böyük partlayıcı gücə malik kimyəvi maddələr də əlavə olunub.

Yaranması

“Molotov kokteyli” tarixdə ilk dəfə İspaniya Vətəndaş Müharibəsi zamanı millətçi qüvvələr tərəfindən Sovet T-26 tanklarına qarşı istifadə edilib. Partlayıcının gücünü görən general Fransisko Franko bir çox əsgərə bu silahdan istifadə etməyi əmr etdi.

Partlayıcı ilk dəfə İspaniyada yaransa da SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adı ilə adlandırılır ki, bu da təsadüfi deyil. 

Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. 

Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". 
Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – “Molotov kokteylləri” ilə qarşılansın. Beləliklə, Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – “Molotov kokteylləri” oldu və məhz bunun nəticəsində finlər müharibədə böyük üstünlüklər əldə etdilər.

İkinci Dünya Müharibəsi zamanı “Molotov kokteyli”  Finlandiya, İtaliya, Böyük Britaniya, Polşa, Amerika və Sovet qüvvələri tərəfindən də istifadə edilib.

Qeyd edək ki, Molotov kokteyllərinin saxlanması və ya atılması dünyanın demək olar bütün ölkələrində qadağan olunub və qanunsuz hesab edilir. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin